14:14 20-01-2017
news_image
549
TOP OYUNLARI

Çempionlar Liqasının qrupunda azərbaycanlı hakim

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.

 

Əliyev III tur çərçivəsində baş tutacaq “Vakıfbank” (Türkiyə) – “Dresdner” (Almaniya) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə fransalı Lois Quest olacaq.

 

Qeyd edək ki, oyun yanvarın 25-də İstanbulda keçiriləcək.