14:53 20-01-2017
news_image
623
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız Bolqarıstana yollanır

Yanvarın 29-da Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 5-dək davam edəcək yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər.

 

Georgi Trinqovun xatirəsinə həsr olunan turnirdə Ülvi Sadıqov və Bəhruz Rzayev mübarizə aparacaq.

 

Yarışda 10 ölkədən 44 şahmatçının iştirakı planlaşdırılır.