16:01 20-01-2017
news_image
568
TOP OYUNLARI

6 oyundan 4-də uduzan yığmamız çempionatı “qarışdırdı”

Kişi basketbolçular arasında Azərbaycan çempionatının IX turunun təqvimində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yanvarın 21-də istirahət etməli olan AzDNSU günün ilk oyununda meydana çıxacaq.

 

Onlar NTD BK ilə üz-üzə gələcəklər. Görüş saat 12:00-da başlayacaq. NTD-nin isə 16 yaşlılardan ibarət əvəzedici heyəti ilə oyunu təxirə salınıb.

 

Ardınca "Marşallar" - "80-lər" qarşılaşması keçiriləcək. Bu görüş saat 13:30-da başlayacaq. Tura saat 15:00-da start götürəcək "Araz" - "Dərviş" görüşü ilə yekun vurulacaq.

 

Təqvim dəyişikliyinə səbəb isə NTD 16 komandasının Gürcüstana səfəridi. Onlar bu ölkənin 18 yaşadək basketbolçuları arasında keçirilən birinciliyinin II dövrəsində də güclərini yoxlayacaqlar. “Bakı” adı altında yarışa qatılan komandamız ilk matçını yanvarın 22-də “Suxumi”yə qarşı keçirəcək. Basketbolçularımız ardınca “Zaza2” (23 yanvar), “Hyundai” (25 yanvar), “Armia” (26 yanvar) və TSU (27 yanvar) klubları ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Samit Nuruzadənin başçılıq etdiyi U-16 yığmamız Gürcüstan birinciliyinin ilk dövrəsində 6 oyundan 4-də uduzub.