18:06 21-01-2017
news_image
4840
TOP OYUNLARI

"Telekom" liderliyini möhkəmlətdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 23 günlük fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, "Azərreyl" - "Lokomotiv" görüşü təxirə salındığından, III dövrənin startı 1 matçla verilib.

 

“Gənclik” Olimpiya Kompleksində baş tutan yeganə oyunda “Telekom” “Azəryol”u qəbul edib. Liderliyini qorumaq istəyən Zoran Qayiçin komandasını yalnız 3 xal qane edirdi. “Azəryol” isə heç olmasa, 1 xala ümid edirdi.

 

Ancaq “Telekom” bu dəfə də rəqibinə heç bir şans verməyib. “Azəryol” yalnız 1 seti üstün tamamlayıb ki, bu da xal qazanmaq üçün kifayət etməyib. Nəticədə 3:1 hesablı qələbə qazanan “Telekom” liderliyini möhkəmlədib.

 

 

Super Liqa

21 yanvar

 

“Telekom” – “Azəryol” - 3:1 (25:19, 25:15, 19:25, 25:21)

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

II dövrə: “Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)

 

 

Telekom

8

8

0

24-9

771-623

21

Azərreyl

7

5

2

19-8

622-491

16

Azəryol

8

3

5

15-15

649-605

10

Lokomotiv

7

1

6

4-18

346-533

3

Gürcüstan

4

0

4

0-12

164-300

0