09:45 23-01-2017
news_image
338
TOP OYUNLARI

Odina Bayramovanın komandası uduzdu

Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Konegliano”nun qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. “Firenze” Çempionlar Liqasında “Telekom”un rəqibi olan “Konegliano”ya 1:3 (25:19, 23:25, 27:25, 25:19) hesabı ilə uduzub. Yığmamızın kapitanı oyunda 14 xal toplayıb.

 

Məğlubiyyətə baxmayaraq, “Firenze”nin turnir cədvəlindəki mövqeyi yaxşılaşıb. “Montsa”nın quru hesabla uduzması Bayramovanın komandasının 9-cu yerə qalxması ilə nəticələnib. Hər 2 klub 12 xala malikdi.