11:21 23-01-2017
news_image
3874
FUTBOL

“Övladlarımıza deyir ki, ananız fahişədi” - Aleksandr Əliyevin xanımı

Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib. Apasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçinin futbolda olduğu kimi, şəxsi həyatında da işləri yolunda getmir.

 

Bir müddət Qazaxıstan çempionatında çıxış etdikdən sonra Kiyevə qayıdan Əliyev yenə işsiz qalıb. Həmkarlarımız Aleksandrın içkiyə qurşandığını yazıblar. Əliyev Ukraynada övladları və rəsmən ayrıldığı həyat yoldaşı ilə birgə yaşayır. Sabiq həyat yoldaşı bir neçə dəfə futbolçunu ona və uşaqlarına qarşı kobud münasibət göstərməkdə günahlandırmışdı. Maraqlıdı ki, Tatyana və Aleksandr rəsmən ayrılsalar da, yenə bir evdə yaşayırlar. Lakin görünən odu ki, hazırkı vəziyyət də çox davam etməyəcək.

 

Bu günlərdə Aleksandr Əliyevin evinə gedən TSN ProSport çəkiliş qrupu xoşagəlməz halla qarşılaşıb. Belə ki, spirtli içki qəbul etmiş Aleksandr övladının çarpayısında, eyni halda olan dostu isə yerdə yatdığı halda yaxalanıb. Futbolçunun sabiq həyat yoldaşı Tatyana Aleksandrın onu növbəti dəfə döydüyünü sübut etmək məqsədilə bədəninin zərbədən göyərmiş yerlərini göstərib: “O məni alçaldır, döyür. Buna görə şikayət edib, çəkiliş qrupunun evimizə gəlməsini istədim. Aleksandr məni həmişə yaxşı ana olmamaqda ittiham edir. Övladlarımıza deyir ki, ananız fahişədi. Mənə həm yumruq, həm təpik vurur. O nə etdiyini düşünmür”.

 

Aleksandr isə bunu təkzib edib: “Siz onun alkoqol qəbul edib-etmədiyini yoxladızmı? Bəli, evli olanda ona əl qaldırmışam. Bu da spirtli içki qəbul etdiyi vaxt olub. Rəsmən ayrılandan sonra isə mən onu döyməmişəm. İndi bədənindəki göyərmiş yerlər hardandı, bilmirəm. Bəlkə də yıxılıb və ya kimsə onu döyüb”.

 

Maraqlıdı ki, Aleksandr da öz növbəsində sabiq həyat yoldaşından şikayət edib və Tatyananın ona əl qaldırdığını bildirib.

 

Polis məsələ ilə bağlı yenidən protokol tərtib edib.