15:49 23-01-2017
news_image
3742
DÖYÜŞ NÖVLƏRİ

“Ən gözəli həyat yoldaşımdı” – millimizin idmançısı

Azərbaycan millisinin kamandanoxatanı Olqa Senyukun apasport.az saytına müsahibəsi

 

- Bu gün 26 yaşınız tamam olur. Ad gününüzü necə keçirməyi planlaşdırırsız?

- Hazırda Ukraynadayam. Günün ilk yarısını həyat yoldaşım və qayınatamla birlikdə xizək sürməyə getmişdik. Günün ikinci yarısında isə snoubordsuz qalıb, tirdə gündəlik məşqimizi edəcəyik. 

- Ad gününüzü həmişə belə keçirirsiz? Təmtəraqlı keçirməyi xoşlamırsız?

- Doğum günümü xüsusi təmtəraqla keçirməyi xoşlamıram. Yalnız doğma insanların əhatəmdə olması yetərlidi. Bu dəfə ad günüm bazar ertəsinə düşdü. Hamı işdə, valideynlərim uzaqdadı. Həftəsonuna orijinal gecə planlaşdırmışıq. Dostlar üçün maraqlı oyunlar da təşkil olunacaq. 

 

- Ad gününüzü kimlə keçirəcəksiz? Yaxınlarınızda başqa, xüsusi qonaqlarınız olacaqmi?

- Həyat yoldaşım, qayınatam və məşqçimlə keçirəcəyəm. Təbii ki, kamanım da, oxum da yanımda olacaq...

 

- Bəs ilk təbrikinizi kimdən aldız?

- Ərimdən. O mənə bir dəstə gül verdi. Olimpiya həlqələrindən olan qolbağı isə hazırlanmaqdadı.

 

- Bu öz istəyinizlə olan hədiyyədi? Siz daha çox nə istəyərdiz?

- Səmimi olsaq, mənə ən gözəl hədiyyə yaxın insanlarımın sağlamlığıdı. Hansasa xüsusi adamın xüsusi hədiyyəsi barədə uşaq xəyalları isə təəssüf ki, məndə yoxdu.

 

- Bəs Bakıdan zəng edib, sizi təbrik edən olmayıb?

- Hələ ki, yox. Bakıdakı məşqçim və idmançılar adətən məni mesajla təbrik edirlər.

 

- Çoxları sizi Azərbaycan idmanın ən gözəl xanımlarından biri hesab edir. Bu fikirlə nə dərəcədə razısız?

- Mən bunu ilk dəfədi eşidirəm. Şübhəsiz, bunu eşitmək çox xoşdu. Çünki indiyədək bunu mənə deyən olmayıb.

 

- Maraqlıdı, bəs sizin fikrinizcə kişi və qadın idmançılarımız arasında ən cəlbedicisi hansıdı?

- Kişi idmançılardan ən gözəli həyat yoldaşımdı (Taras Senyuku nəzərdə tutur - red). Qadınlar barədə isə düşünməmişəm.

 

- Sonda gələcək karyeranızla bağlı planlarınız da maraqlıdı. Qarşıda sizi hansı mötəbər yarışlar gözləyir?

- Hazırda qapalı məkanda keçiriləcək Avropa çempionatına hazırlığın fəal məşqləri gedir. Bu yarış martın əvvəlində Fransanın Vitel şəhərində olacaq. Yayla bağlı planlarım isə bəllidi. 4 Dünya Kubokunun hamısında iştirak etməyi, həmçinin oktyabrda Meksikada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyacaq bütün turnirlərə qatılmaq niyyətindəyəm.