16:50 23-01-2017
news_image

Nağı Səfərov Sun Mi Parkın yığmamızdan ayrılmasına münasibət bildirdi

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Parkın komandadan ayrılmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi koreyalı mütəxəssislə yolların ayrılmasının hansısa problemlə əlaqədar olmadığını açıqlayıb.

 

O vurğulayıb ki, olimpiadalar tariximizdə taekvondoçularımıza ilk medalı məhz Park qazandırıb: “Sun Mi Park qadınlardan ibarət yığma komandanın baş məşqçi vəzifəsinə təyin olduğu andan yüksək məhsuldarlıq göstərib, böyük nailiyyətlərə imza atıb. Rio Olimpiya Oyunlarında onun yetirməsi Patimat Abakarova yarışların bürünc medalına sahib olaraq adını Azərbaycan Taekvondo Federasiyasının tarixinə qızıl hərflərlə yazdırması buna bariz nümunədi. Parkın fəaliyyəti dövründə qurumla heç bir problemi olmayıb. Sadəcə, daha yaxşı iş təklifi aldığına görə onunla müqaviləni uzatmamağı qərara aldıq”.

 

Qeyd edək ki, bu vəzifədə federasiyanın İdarə Heyətinin qərarı ilə Parkı Elnur Amanov əvəzləyib.