09:14 24-01-2017
news_image
1037
DİGƏR NÖVLƏR

“Formula-1” rəhbəri istefaya göndərildi

“Formula-1”in icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. Apasport.az saytının “Kommersanta” istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ekklstoun özü bildirib.

 

“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidi. Düzdü, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, deyə B.Ekklstoun qeyd edib.

 

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, 86 yaşlı Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.