09:15 24-01-2017
news_image
1284
TOP OYUNLARI

Yığmamızın oyunçusu Türkiyə Superliqasında debüt etdi

Qadın voleybolçular arasında Türkiyə Superliqasında XII turu yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matçında “Beşiktaş” “İdman Ocağı”nı qəbul edib.

 

Qarşılaşma “qara qartallar” üçün heç də asan alınmayıb. “Beşiktaş” rəqibini 3:2 (14:25, 25:16, 25:18, 29:31, 15:13) hesabı ilə məğlub edib. Bu qələbədən sonra aktivində 19 xalı olan istanbullular 7-ci pillədə qərarlaşıblar.

 

Matç yığmamızın blokçusu Kseniya Poznyak üçün də əlamətdar olub. Belə ki, təxminən 3 ay öncə “Beşiktaş”a transfer olunan voleybolçumuz Superliqada məhz “İdman Ocağı” ilə matçda debüt edib. Bütün setlərdə meydanda olan təmsilçimiz 11 xal toplayıb.

 

Qeyd edək ki, karyerası əsasən Azərbaycanla bağlı olan Kseniya İtaliya A seriyasında da oynayıb.