00:55 26-01-2017
news_image
4871
TOP OYUNLARI

“Telekom” İtaliyadan məğlubiyyətlə qayıdır - YENİLƏNİB

Çempionlar Liqasında III turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan “Telekom” I dövrənin son matçına çıxıb.

 

A qrupunda yer alan Super Liqanın gümüş medalçısı “Modena”nın qonağı olub. İtaliyada baş tutan matç komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3. İlk 2 turda 1 xal belə qazana bilməyən Zoran Qayiçin yetirmələrinin qrupun liderinə qarşı müqavimət göstərməyə çalışsa da, set qazana bilməyib. 

 

Qrupun digər matçında "Ximik" (Polşa) "Konegliano"nu (İtaliya) qəbul edib. Matç italiyalıların qələbəsi ilə yekunlaşıb - 3:2 (25:18, 14:25, 12:25, 25:14, 15:11).

 

Bu matçlardan sonra turnir cədvəlində dəyişiklik olmayıb.

 


Çempionlar Liqası

III tur

 

A qrupu

“Modena” (İtaliya) – “Telekom” (Azərbaycan) - 3:0 (25:20, 25:16, 26:24)

 

Hakimlər: İqor Şimpl (Slovakiya), Andyelko Popoviç (Serbiya)

Modena, Palapanini Sarayı

 

1.

Modena (İtaliya)

3

3

0

9:3

286-257

8

2.

Konelyano (İtaliya)

3

2

1

8:5

283-268

6

3.

Ximik (Polşa)

3

1

2

6:6

254-248

4

4.

Telekom (Azərbaycan)

3

0

3

0:9

182-232

0