10:18 25-01-2017
news_image
708
TOP OYUNLARI

Dağılan komandamızı Çempionlar Liqasına qaytardılar

İtaliyanın “Modena” klubu “Telekom”la bağlı yanlışlığa yol verib. Apasport.az xəbər verir ki, Modena təmsilçisinin rəsmi saytı Çempionlar Liqasının III turu çərçivəsində oynayacağı Bakı təmsilçisini “Rabitə” kimi təqdim edib.

 

İtaliyalılar komandanın adını da göstərməyiblər. Oyunun gününü və başlama saatını qeyd edən rəqib tarixin yaddaşına qovuşan “Rabitə”nin emblemini qoyub. Halbuki, 8 qat Azərbaycan çempionu 2015-ci ildən fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, “Modena” – “Telekom” oyunu bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.