12:51 25-01-2017
news_image
472
TOP OYUNLARI

“Telekom”u məğlub etməliyik” – “Rabitə”nin sabiq voleybolçusu

“Kağız üzərində favorit biz ola bilərik. Lakin bu amil komandamızın arxayınlaşmasına əsas vermir. Hesab edirəm ki, rəqibi qiymətləndirməmək lazım deyil”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Modena” klubunun voleybolçusu Françeska Ferretti deyib.

 

33 yaşlı toppaylayıcı bu gün Çempionlar Liqasının III tur çərçivəsində qarşılaşacaqları “Telekom”la oyundan danışıb.

 

2014/2015 mövsümünün gedişində “Rabitə”nin də şərəfini qorumuş italiyalı Bakı təmsilçisi ilə görüşün asan keçməyəcəyi qənaətindədi: “Komandamızda gənc və perspektivli oyunçular var. Onlar özlərini yaxşı tərəfdən göstərmək üçün istəklidi. Bu üzdən Çempionlar Liqasındakı çıxışımızı daha uzun müddətli etməliyik. Arxada qalan oyunlara baxsaq, matçdan-matça daha yaxşı oynamışıq. Bu dəfə də mümkün qədər yaxşı çıxış etmək niyyətindəyik. Qələbə növbəti matçlar üçün mənəvi kömək olacaq. Bəzi oyunlarda çox inamlı təsir bağışlasaq da, bəzilərində ümidləri doğrultmamışıq. Buna görə daha sabit çıxış etmək üçün “Telekom”u məğlub etməliyik. Heyətimizdə yeni oyunçu da var. Valeriya Karakutanın gəlişindən sonra daha da gücləndiyimizi düşünürəm”.