14:08 25-01-2017
news_image

Azərbaycan millisində yeni məşqçi - FOTO

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Reza Mehmadostun yeni köməkçisinin adı dəqiqləşib.

 

Belə ki, böyük məşqçi postunda Elnur Amanovu Rəşad Əhmədov əvəzləyib. O, ATF-in İdarə Heyətinin qərarına əsasən bu vəzifəyə təyin edilib.

 

Qeyd edək ki, Amanov bir qədər öncə qadınlardan ibarət yığma komandanın “sükanı arxası”na keçmişdi.