08:38 26-01-2017
news_image
426
TOP OYUNLARI

Səmədova 2 nominasiyada hamını qabaqladı, komandası uduzdu

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Modena” (İtaliya) - “Telekom” (Azərbaycan) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 0:3 hesabı ilə uduzduğu görüşün ən dəyərli oyunçusu Yelizaveta Səmədova seçilib.

 

“Telekom”un kapitanı komandasına 21 xal qazandırıb. Səmədova həmçinin ən yaxşı hücumçu adına da yiyələnib.

 

Ən yaxşı blokçu nominasiyasında Qabriela Koyeva hamını qabaqlayıb. O, 4 dəfə rəqibin hücumunun qarşısını alıb. Topu ən yaxşı oyuna daxil edən Françeska Ferretti (2 xal), ən yaxşı müdafiəçi isə Françeska Markon (37 faiz) olub.

 

Zoran Qayiçin yetirmələrinin topladığı xala gəlincə, Marqarita Əzizova 8, Yovana Vesoviç 6, Koyeva 5 və Həsənova 3 dəfə dəqiq oynayıb.

 

Rəqibin heyətində isə Nəriman Özsoy məhsuldar olub. O, "Telekom"dan 18 xal almağı bacarıb.