10:09 26-01-2017
news_image
1328
TOP OYUNLARI

“Azərbaycan klubu heç vaxt asanlıqla uduzmayıb”

“3:0 hesablı qələbə qazanmağımız kənardan asan görünməməlidi. Xüsusilə, əgər rəqib belə bir komanda idisə”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Modena” voleybol klubunun baş məşqçisi Marko Qaspari deyib.

 

Qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasında I dövrə başa çatıb. Bakının “Telekom” klubu III turda İtaliya “Modena”sının qonağı olub və 0:3 (20:25, 16:25, 24:26) hesabı ilə uduzub.

 

2011/2012 mövsümündə “Bakı”da Ancelo Vercesinin köməkçisi olmuş Qaspari bildirib ki, komandasının işləri plan üzrə gedir: “Yeganə fikrimiz qələbə qazanmaq idi. Hazırkı vəziyyətdə gözəl oyun deyil, nəticə haqda düşünməliyik. Oyunun ritminə uyğunlaşmağa çalışırdıq. Düzdü, Çempionlar Liqasının 3 turunun hamısında qalib gəlmişik. Bundan arxayınlaşmamalıyıq, üzərimizdə çalışmalıyıq. Polşa komandaları heç vaxt asan rəqib olmayıblar. Onlar bunu “Konegliano”da göstərdilər. Azərbaycan təmsilçisi də heç vaxt asanlıqla uduzmayıb. Biz mümkün qədər böyük fərqlə qalib gəlməyə çalışırdıq. Amma 3-cü setdə bir az arxayınlaşdıq. Bu da normaldı. Növbəti turda da qalib gəlib, “Konegliano” ilə oyuna 4 qələbə ilə çıxmaq istəyirik”