15:38 26-01-2017
news_image
408
TOP OYUNLARI

Milli komandamız ukraynalı baş məşqçiyə tapşırıldı

Azərbaycan Həndbol Federasiyası qadın və kişilərdən ibarət yığma komandaların yeni baş məşqçilərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, millilərimizdən birini yerli, digərini legioner mütəxəssis çalışdıracaq.

 

Belə ki, kişilərdən ibarət komandamızda Hikmət Abdullayev öz işini davam etdirəcək. Ondan fərqli, federasiyada vitse-prezident vəzifəsini daşıyacaq Rəfiqə Şabanova qadınlardan ibarət yığmamızın “sükanı”nı təhvil verib. Millimiz vaxtilə bu komandada və ABU-da işləmiş ukraynalı Georgi Voronova həvalə olunub.

 

Hər 2 məşqçinin qarşısına mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında layiqli iştirak tapşırığı qoyulub.