18:52 26-01-2017
news_image
353
TOP OYUNLARI

Tur “Dərviş”lə başlayacaq

Basketbol üzrə Azərbaycan çempionatının X turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşıdakı turun görüşləri yanvarın 28-də keçiriləcək.

 

Hövsan Olimpiya İdman Kompleksindəki ilk matçda “80-lər” NTD ilə üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq.

 

Saat 13:30-da “Dərviş”lə "Marşallar" görüşəcək. Günün son qarşılaşmasında isə AzDNSU "Araz"la münasibətlərini aydınlaşdıracaq. Oyun saat 15:00-da start götürəcək. NTD U16 isə bu turda istirahət edəcək.

 

Qeyd edək ki, IX turda NTD AzDNSU-nu 112:34, “80-lər” "Marşallar"ı 68:59, "Dərviş" "Araz"ı 89:50 hesabı ilə məğlub edib.

 

Komandalar

O

Q

M

X

"Dərviş

8

7

1

15

NTD BK"

8

7

1

15

"80-lər"

7

5

2

12

"Marşallar"

7

3

4

10

AzDNSU

8

2

6

10

 NTD U16

6

2

4

8

"Araz"

8

-

8

7