12:15 28-01-2017
news_image

Azərbaycan Cüdo Federasiyası ilin ən yaxşısı seçildi - FOTO

"Marriott" otelində "Zəfər" beynəlxalq idman mükafatının təqdimat mərasimi keçirilib. Apasport.az saytı xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.

 

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib və "İlin federasiyası" mükafatına layiq görülüb.

 

Olimpiya çempionu Namiq Abdullayev "Zəfər" Beynəlxalq İdman Mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə təqdim edib.