12:21 28-01-2017
news_image

962 cüdoçu arasında gedən gərgin mübarizə - VİDEO

"Sərhədçi" Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə kiçik yaşlı cüdoçular arasında paytaxt birinciliyi keçirilib. Apasport.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 4 gün davam edən yarışda 43 klubdan 962 cüdoçu mübarizə aparıb.

 

Birinciliyin qaliblərinə diplom və medallar təqdim olunub.

 

Cüdo Televiziyasının yarışdan hazırladığı maraqlı reportajı sizə təqdim edirik.