21:22 29-01-2017
news_image
793
TOP OYUNLARI

“Azərreyl" "Telekom"la xal fərqini azaltdı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə oyununda Gürcüstan millisi “Azərreyl”lə qarşılaşıb.

 

Görüş Famil Ağayevin yetirmələrinin asan qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu rəqibinə heç bir şans verməyib. Qonşu ölkə təmsilçisi yalnız 2-ci setdə bir qədər müqavimət göstərib.

 

Bu qələbə “dəmiryolçular”la “Telekom”un xal fərqini 2-yə endirib.

 

Azərbaycan Super Liqası

29 yanvar

 

Gürcüstan – “Azərreyl” – 0:3 (10-25; 19-25; 10-25)

 

İlk oyun: “Azərreyl” – Gürcüstan – 3:0 (25:8; 25:17; 25:8)

 

Telekom

8

8

0

24-9

771-623

21

Azərreyl

8

6

2

22-8

697-530

19

Azəryol

8

3

5

15-15

649-605

10

Lokomotiv

8

2

6

7-19

441-603

6

Gürcüstan

6

0

6

1-18

273-470

0

 

Qeyd edək ki, Gürcüstan bu gün "Azəryol"la oynamalı olsa da, son anda təqvimdə dəyişiklik edilib. Eldar Yusubovun komandasının qonşu ölkə təmsilçisi ilə matçı yanvarın 31-nə keçirilib.