11:09 30-03-2008
news_image
552
STOLÜSTÜ OYUNLAR

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti “M-Tel Masters” turnirinin hakimi olacaq

Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov mayın 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək “M-Tel Masters” turnirinə dəvət alıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz ənənəvi xarakter daşıyan yarışda ispaniyalı baş hakim Xoakin Espejonun köməkçisi olacaq. Altı qrossmeysterin dairəvi sistemlə iki dövrədən ibarət birinciliyində milli komandamızın lideri Teymur Rəcəbovla yanaşı, mükafatlar uğrunda Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Levon Aronyan (Ermənistan), İvan Çeparinov (Bolqarıstan) və Bu Xianqzi (Çin) mübarizə aparacaq. Turnirə mayın 18-də yekun vurulacaq.