00:00 01-02-2017
news_image
2889
FUTBOL

Tarixə düşmüş baş tutmayan transferlər: Maradonadan Runiyə, Kroyffdan Zidana qədər

Avropada qış “transfer pəncərəsi” başa çatıb. Apasport.az saytının məlumatına görə, mövsüm yaydakı qədər aktiv olmasa da, hər halda müəyyən diqqətçəkən transferlər də baş tutdu.

 

Ancaq hər şey o qədər də sadə olmadı. Bəzən adı bütün fasilə boyunca bir klubla anılan oyunçu son anda qərar dəyişdirərək klubunda qaldı, və ya başqa kluba keçdi.

 

Bu yazıda sizə futbol tarixində baş tutmamış ən çox diqqət çəkən transfer cəhdlərini təqdim edirik.

 

 

10. Alan Şirer – “Mançester Yunayted”

 

LIVERPOOL V BLACKBUR

 

Şirerin maraqlı tərəfi odur ki, əfsanəvi bombardir iki dəfə eyni kluba keçməkdən imtina edib. İngilis hücumçu bir jurnala verdiyi açıqlamada 90-cı illərin əvvələrində “Mançester Yunayted”in onu istədiyini, ancaq lazımi miqdarda pulu toplaya bilmək üçün 3-4 həftə vaxt lazım olduğunu, onun isə bu səbəbdən transferdən imtina edərək “Blekbörn Rovers”lə anlaşdığını bildirmişdi.

 

1996-cı ilin yayında “qırmızı şeytanlar” bir daha Şireri heyətində görmək istəmiş, o isə uşaqlığından bəri azarkeşlik etdiyi komandaya – “Nyukasl”a keçməyi üstün tutmuşdu.

 

9. Robinyo – “Çelsi”

 

Manchester City v Tottenham Hotspur - Premier League

 

2007-ci ilin yayında “Çelsi” Robinyo transferindən o qədər əmin idi ki, klubun direktoru Peter Kenyon onun adı yazılı formaları satışa çıxarmışdı. Ancaq “Mançester Siti”nin sahibi Şeyx Mənsur transfer mövsümünün başa çatmasına saatlar qalmış 32.5 milyon funt ödəyərək gənc oyunçunu “şəhərlilər”in heyətində qatdı.

 

Robinyo özü isə “Çelsi”yə gedəcəyini o qədər əmin imiş ki, mətbuat konfransında “Çelsi” daha sərfəli təklif etdiyi üçün “Çelsi”ni seçdim” demişdi. Daha sonra isə üzr istəyərək sözünü düzəltmişdi.

 

8. Zlatan İbrahimoviç – “Arsenal”

 

Swedish Zlatan Ibrahimovic of Ajax Amste

 

“Arsenal”ın baş məşqçisi Arsen Venger 16 yaşlı Zlatanı çox bəyənmiş, onu yoxlamaq istəyirmiş. İbrahimoviç isə hələ də dillərdə əzbər olan o məşhur sözü deyərək bundan imtina edib: “Zlatan yoxlanılmaz!”

 

7. Ronaldinyo – “Sent Mirren”

 

l'attaquant brEIEsilien du PSG, Ronaldin...

 

Avropa futboluna adaptasiya ola bilməyən Ronaldinyo bir mövsüm icarə əsasında başqa klubda oynamaq istədiyini bildirincə PSJ İsveçrənin “Sent Mirren” klubu ilə razılığa gəldi. Ancaq sənədlər və ödəmələrdə gecikmə olduğu üçün keçid ləğv edildi və Ronaldinyo Parisdə qalası oldu.

 

6. Ueyn Runi – “Nyukasl Yunayted”

 

Wayne Rooney of Everton celebrates scoring the winning goal

 

19 yaşında olarkən bütün İngiltərənin diqqətini çəkən Runi 20 milyon funt qarşılığında “Nyukasl”a imza atmaq ərəfəsində ikən araya girən “Mançester Yunayted” bir gecədə işi bitirib.

 

25.6 milyon funt ilə bütün zamanların ən bahalı U20 oyunçusu olan Runi artıq “qırmızı şeytanlar”ın əfsanələrindən biridir.

 

5. Stiven Cerard – “Çelsi”

 

Liverpool's England's captain and midfie

 

İstanbuldakı möhtəşəm Çempionlar Liqası finalında “Milan” qələbəsindən sonra Cerard Jozü Mourinyonun “Çelsi”sinə “hə” demişdi.

 

Ancaq imza günündən bir gün əvvəl qərarını dəyişdi və “Liverpul”da qalmağa qərar verdi.

 

4. Zinəddin Zidan – “Blekbörn Rovers”

 

(FILES) - Picture taken 26 April 1995 in

 

1994/95 mövsümündə “Blekbörn Rovers” 81 il sonra İngiltərə çempionu olunca transferdə də sürət yığdı. Komandanın baş məşqçisi Kenni Dalqliş Fransanın yüksələn ulduzu Zidanı istədiyini klub prezidentinə bildirib.

 

Ancaq Cek Uolker “Tim Şervud varkən Zidan kimə lazımdı?” deyərək keçidə icazə verməyib.

 

3. Alfredo Di Stefano

 

SOCCER-REAL MADRID-ALFREDO DI STEFANO

 

Kolumbiya təmsilçisi “Milonarios”un Avropa turnesi zamanı kəşf edilən Di Stefano “Barselona” ilə müqavilə imzalamaq üzrə idi.

 

Ancaq “Real”ın əfsanəvi prezidneti Santyaq Bernabeu araya girərək onu öz komandasına qazandırdı.

 

2. Yohan Kroyf – “Lester”

 

Dutch forward Johan Cruyff controls the ball under

 

Hollandiya və dünya futbolunun ın önəmli ulduzlarından biri olan Yohan Kroyf 1978-ci ildə Avropa karyerasını sona çatdıraraq ABŞ-a yollandı. 1980-də isə yenidən “köhnə qitə”də oynamaq üçün geri dönmək istədi. Hədəfi DÇ-1982-də iştirak etmək idi.

 

Fürstədən yararlanmaq istəyən “Lester” oyun başına 4 min funt təklif etdi. Ancaq “Levante” bir az daha çox təklif edincə, daha əvvəl də İspaniyada oynamasının da təsiri ilə Valensiya təmsiçisini seçdi.

 

1. Dieqo Maradona – “Şeffild Yunayted”

 

Argentine soccer star Diego Maradona, we

 

1978-ci ilin yayında, yəni Maradona hələ məşhur olmadığı vaxtlarda İngilis komandası “Şeffild Yunayted” 400 min funt qarşılığında Maradonanı transfer etmək istəyib.

 

Daha sonra klub rəhbərliyi bu pulu ödəyə bilməyəcəyini anlayınca gənc Maradona da Britaniyaya köçməkdən imtina edib.

 

Hazırladı: Zaur XUDİYEV