12:25 01-02-2017
news_image
3347
TOP OYUNLARI

“Bayer”in qapıçısı Bakı klubunda!

Bakının “Azəryol” klubu heyətinə yeni həndbolçu qatıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da ABU kimi təmsil edən paytaxt təmsilçisi Ukrayna millisinin qapıçısı Nataliya Qayoviçlə güclənib.

 

32 yaşlı həndbolçu komandamıza avrokubokda kömək etməlidi. Son mövsümü Almaniya “Bayer”ində oynayan Qayoviç özünü yaxşı tərəfdən göstərəcəyi halda “Azəryol”da çıxışını davam etdirəcək.

 

Komanda rəhbərliyi yeni oyunçunu Avropa Həndbol Federasiyasına sifariş də edib. Bu səbəbdən də Nataliyanın fevralın 10-da və 11-də “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində Polşa “Kram Start Elblaq” ilə görüşlərdə meydanda olacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, 186 sm boya malik Qayoviç ABU-ya kimi Ukraynanın “Karpatı” klubu ilə EHF CUP-da ardıcıl 3 mövsüm oynayıb.