13:40 02-02-2017
news_image
603
TOP OYUNLARI

Azərbaycan çempionatının startı və yarışa qatılacaq klubların sayı açıqlandı

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatının başlama tarixi açıqlanıb. Həndbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış fevralın 17-də start götürəcək.

 

Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Bildirilib ki, çempionatda 4 klub kişilərin, eyni sayda da komanda qadınların mübarizəsində qüvvəsini sınayacaq.

 

“ABU-Arena”da baş tutacaq birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.