09:55 03-02-2017
news_image
579
DİGƏR NÖVLƏR

Belaruslu Olimpiya çempionu Azərbaycana gəlir

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, fevralın 18-19-da baş tutacaq yarışa 15 ölkədən 85 idmançı qatılacaq.

 

Millimizi Dünya Kubokunda batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

 

Milli Gimnastika Arenasında yeni qaydalarla təşkil ediləcək yarışa gələcək qonaqlar sırasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

 

Tamblinq cığırında isə dünya çempionatının ikincisi Qriqori Noskov (Rusiya), Avropa çempionu Anna Korobeynikova (Rusiya), dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar  öz məharətlərini nümayiş etdirəcəklər.