09:17 06-02-2017
news_image
486
TOP OYUNLARI

Odina Bayramova komandasının yerini toxunulmaz saxladı

Qadın voleybolçular arasında İtaliya A seriyasında XV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Montsa”nın qonağı olub.

 

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” ilk setdə uduzsa da, yekunda 3 xal qazanıb – 3:1 (23:25, 27:25, 25:22, 25:23).

 

Bayramova oyunda 8 dəqiq zərbə ilə fərqlənib.

 

Bu qələbə “Firenze”nin turnir cədvəlində 9-cu yerdə qalması ilə nəticələnib. Onlar ən yaxın izləyiciləri “Montsa”nı artıq 5 xal qabaqlayırlar. “Firenze” 15 görüşdən 17 xal toplayıb.