09:18 07-02-2017
news_image
2373
TOP OYUNLARI

Yığmamızın sabiq hücumçusu Türkiyə klubunu çalışdıracaq

Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmaz karyerasını məşqçi kimi davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis Türkiyənin Sultanlar Liqasında çalışacaq.

 

O, “Nilüfer Belediyespor” klubu ilə anlaşıb. Qorxmaz artıq komandanın prezidenti Muhammet Aydınla birgə müqaviləni də imzalayıb. Rusiya əsilli təmsilçimiz ən azı mövsümün sonuna kimi bu komandada işləyəcək.

 

Qorxmaz bir həftə öncə komandaya qoşulsa da, Rusiya Voleybol Federasiyası onun sənədlərini bir qədər gec göndərib. Buna baxmayaraq, bir qədər öncə Bakıda FİVB məşqçilərinin II kateqoriyası üzrə kursu bitirən sabiq hücumçu hesabat turunda komandasını “Vakıfbank”la oyuna da çıxarıb.

 

“Nilüfer Belediyespor” 14 turdan sonra 12 komanda sırasında sonuncudu. Onların hesabında 6 xal var.

 

Qeyd edək ki, 2001-2004-cü illərdə “Azərreyl”in də şərəfini qoruyan İnessa Bakı klubu ilə “Top-komandalar” kubokunu qazanıb.