09:25 09-02-2017
news_image
1135
TOP OYUNLARI

“Şansımız olmadığından fikrimizi çempionata yönəltmişik” - Zoran Qayiç

“Modena”ya qarşı yaxşı oynadıq. Komandanın çıxışından razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Serbiyalı mütəxəssis komandasının Çempionlar Liqasında İtaliya “Modena”sı ilə oyununu şərh edib. 1:3 hesabı ilə uduzan Qayiç bildirib ki, əsas məqsədləri Azərbaycan çempionatını uğurla bitirməkdi: “Daha bir set qazana bilərdik. Bəzi oyunçuları ehtiyatda saxladım. Çünki bizim üçün əsas çempionatdı. Çempionlar Liqasında çox çətin qrupa düşmüşük. Şansımız olmadığından fikrimizi çempionata yönəltmişik. Növbəti mövsüm daha təcrübəli olacağıq”.

 

Qeyd edək ki, “Telekom” artıq növbəti mərhələ şansını itirib.