10:05 09-02-2017
news_image
464
TOP OYUNLARI

Bakı klubu Polşaya yollandı

Bu gün həndbol üzrə qadınlardan ibarət ABU klubu Polşanın Elblaq şəhərinə yola düşüb. Azərbaycan Həndbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, yeni mövsümdən “Azəryol” adlanacaq komandanın səfərində məqsəd “Çelenc Cup”ın 1/8 finalında iştirakdı.

 

Belə ki, Rəfiqə Şabanovanın başçılıq etdiyi klub hər 2 görüşünü rəqib meydanında keçirəcək. “Kram Start Elblaq”la oyunlar fevralın 10-da və 11-də təşkil ediləcək.

 

Bakı təmsilçisi Polşaya 14 həndbolçu ilə yollanıb.