11:42 10-02-2017
news_image
302
FUTBOL

Mançini: “Milan”ı çalışdıracağımı düşünmürəm

“Milan”ın maraq dairəsində olan Roberto Mançini bununla bağlı münasibətini bildirib. Apasport.az saytı xəbər verir ki, ölkəsinin mətbuatına danışan italiyalı çalışdırıcı “rossonyerlər”i çalışdırmaq fikrində olmadığını bildirib.

 

52 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın rəsmiləri ilə danışıq aparmadığını qeyd edib: “Milan”ı çalışdıracağımı düşünmürəm. Bolonyaya dostlarımı görməyə, həm də “Milan”la oyuna baxmağa getmişdim. Bu klubun rəsmilərindən Fassone və Mirabelli ilə tanışam. Lakin çoxdandı ki, onlarla əlaqəm yoxdu”.

 

Qeyd edək ki, Mançininin son iş yeri “İnter” olub.