17:45 10-02-2017
news_image

Cüdoçularımız rəqiblərini tanıdı

Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, fevralın 11-12-də baş tutacaq yarışda Azərbaycan millisinin idmançıları da rəqiblərini tanıyıblar.

 

Yarış üçün 8 cüdoçu sifariş edilsə də, Məmmədəli Mehdiyev (90 kq) son anda heyətdən kənarlaşdırılıb.

 

Püşkün nəticəsi belədi:

60 kq. Orxan Səfərov – İn Hyuk Çoi (Cənubi Koreya)

66 kq. Nicat Şıxəlizadə - Daqa Qinq (Çin)/Honq Nin Mak (Honkonq)

73 kq. Rüstəm Orucov – Yeldos Jumaxanov (Qazaxıstan)/Matiu Lebreton (Fransa)

Hidayət Orucov – Kuok Vinq Li (Honkonq)

100 kq. Elmar Qasımov – Jorj Fonseka (Portuqaliya)

Elxan Məmmədov – Sedrik Olivar (Fransa)/Kentaro İida (Yaponiya)

+100 kq. Uşanqi Kokauri – Kyeonqtae Kim (Cənubi Koreya)

 

Yarışda ümumilikdə 61 ölkədən 412 (259 kişi, 153 qadın) cüdoçu mübarizə aparacaq.