14:10 12-02-2017
news_image
4080
DÖYÜŞ NÖVLƏRİ

“Böyük Dəbilqə”: Hər üç təmsilçimiz ilk görüşdə uduzdu

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci günündə daha 3 idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, 100 kq çəki dərəcəsində Elmar Qasımov və Elxan Məmmədov, 100+ çəkidə isə Uşanqi Kokauri medallar uğrunda yarışıb.

 

Kişilər

100 kq

Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov mübarizəyə portuqaliyalı Xorxe Fonseka ilə start verib. Qasımov ilk döyüşündə məğlubiyyətə uğrayıb. 

 

Eks dünya çempionu Elxan Məmmədov isə ilk olaraq Sedrik Olivar (Fransa) – Kentaro İda (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. Artıq idmançımzın rəqibi bəlli olub. Fransalı cüdoçunu mübarizədən kənarlaşdıran İda növbəti turda Elxanın sınağına çıxıb. Yaponiyalı Elxanı da yolundan kənarlaşdırmağa müvəffəq olub.

 

+100 kq

Uşanqi Kokauri startda koreyalı Kim Kyontae ilə üz-üzə gəlib. Legioner cüdoçumuz ilk görüşdən məğlubiyyətlə ayrılıb.

 

Qeyd edək ki, turnirin ilk günündə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıblar.