09:20 13-02-2017
news_image
1076
TOP OYUNLARI

Polina Rəhimova “altılar finalı”na 41 xalla başladı

Qadın voleybolçular arasında Yaponiya çempionatında “altılar finalı”na start verilib. Apasport.az saytının məlumatına görə, II mərhələdə Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Toyota” da mübarizə aparır.

 

“Avtomobilçilər” ilk qarşılaşmasında “Hisamitsu”nun qonağı olublar. Gərgin keçən matçda ev sahibləri 3:2 hesablı qələbə qazanıb.

 

Rəhimova oyunda 41 xal toplayıb. O, bu xallardan 37-sini hücumda, 3-ünü blokda və 1-ni eyslə qazanıb.