09:30 13-02-2017
news_image
428
TOP OYUNLARI

Bakı klubunu avrokubokdan kənarlaşdırdılar

Qadın həndbolçular arasında “Çelenc Cup” turnirındə 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə 23:33 hesabı ilə uduzan Bakının ABU klubu ikinci qarşılaşmada da məğlubiyyətə üzülüb.

 

Polşanın “Kram Start Elblag” komandası Rəfiqə Şabanovanın yetirmələrinə bu dəfə 32:24 hesabı ilə qalib gəlib. Bununla,  ABU avrokuboklarla vidalaşıb.

 

Qeyd edək ki, Bakı təmsilçisi hər 2 matçı səfərdə oynayıb.