09:42 13-02-2017
news_image
1324
DÖYÜŞ NÖVLƏRİ

Taekvondo yığmamızdan “Turkish Open”də 7 medal

Antalyada taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Komandamız kolleksiyasına artıq 1 qızıl, 3 gümüş və 3 bürünc medal əlavə edib.

 

Taekvondoçularımızdan hələlik ən yaxşı nəticə Ayaz Qənbərliyə məxsusdu. 51 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz gənclərin yarışında çempion tituluna yiyələnib.

 

Digər təmsilçilərimizdən Aysu Məmmədova (37 kq), Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Pərviz İsgəndərov (45 kq), Sevda Pirseyidova (44 kq) və Minayə Əkbərova (42 kq) bürünc medala sahib olub.

 

Qeyd edək ki, sayca 4 olan “Turkish Open”də bu gün və sabah böyük yaş kateqoriyası üzrə qaliblər müəyyənləşəcək. Yığmamız turnirdə tam heyətlə təmsil olunacaq.