11:07 13-02-2017
news_image
485
TOP OYUNLARI

Yığmamızın oyunçusu A seriyasında yenə qələbə qazandı

Qadın voleybolçular arasında İtaliya A seriyasında XVI turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Novara”nı qəbul edib.

 

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” 2 dəfə hesabda geri düşsə də, yekunda 2 xal qazanıb – 3:2 (19:25, 25:20, 15:25, 25:19, 19:17).

 

Bayramova oyunda 14 dəqiq zərbə ilə fərqlənib.

 

Bu qələbədən sonra “Firenze” turnir cədvəlində 9-cu yerdədi. Onlar 16 görüşdən 19 xal toplayıblar.