14:18 31-03-2008
news_image
487
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov sabah Rusiya çempionatında mübarizəyə başlayacaqlar

Teymur Rəcəbov iddialı “Ural” klubunun şərəfini qoruyacaq. Yekaterinburq şəhərini təmsil edən komandada, həmçinin Qata Kamski (ABŞ), Aleksey Şirov (İspaniya), Aleksandr Qrişuk (Rusiya) və Vladimir Akopyan (Ermənistan) yer alacaqlar. Şəhriyar Məmmədyarovun çıxış edəcəyi Moskvanın “Spasio-Swis” klubunda isə tanınmışlardan yalnız Ruslan Ponomaryovun (Ukrayna) iştirakı təsdiqlənib. Millimizin digər üzvü Vüqar Həşimov Buryatiyanın iddiasız “Şatar-Metropol” klubunda qüvvəsini sınayacaq. 12 komandanın dairəvi sistemlə mübarizə aparacağı Premyer Liqa aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.