09:17 15-02-2017
news_image
1062
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız “Turkish Open”dən 10 medalla qayıdır

Antalyada taekvondo üzrə keçirilən G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın son gününü bürünc medalla bitirib.

 

Komandamıza mükafatı Ramin Əzizov qazandırıb. O, yarımfinalda rusiyalı Vladislav Larinə uduzub.

 

Beləliklə, Azərbaycan yığması “Turkish Open”i 10 medalla başa vurub. Əzizova qədər komandamız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanmışdı.