14:22 17-02-2017
news_image
731
TOP OYUNLARI

Yenilik: Azərbaycan çempionatında videotəkrardan istifadə olunacaq

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında yenilik tətbiq ediləcək. Apasport.az saytının məlumatına görə, oyunlarda videotəkrardan istifadə olunacaq.

 

Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib. Yenilik 2017/2018 mövsümündən tətbiq olunacaq.

 

Qeyd edək ki, indiyədək videotəkrardan əsasən beynəlxalq yarışlarda istifadə olunub.