16:06 18-02-2017
news_image
1659
TOP OYUNLARI

Faiq Qarayev ən yaxşının adını açıqladı

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev Super Liqada bəyəndiyi voleybolçunun adını söyləyib. O, apasport.az saytına açıqlamasında bu oyunçunun “Telekom”da çıxış etdiyini qeyd edib.

 

Qarayevin sözlərinə görə, Bakı təmsilçisinin blokçusu Olena Həsənova çempionatımızın ən yaxşılarındandı. O, bu fikrini 22 yaşlı yığma üzvünün son oyunlarda çox “artırması” ilə əsaslandırıb: “Fikrimi bilmək istəsəz, bəli, mənim üçün Olena Həsənova çempionatın ən yaxşılarındandı. O, Super Liqada “Azərreyl”lə son görüşdə təkbaşına rəqibə 12 blok qoydu. İnanıram ki, Həsənova növbəti matçlarda daha da yaxşı çıxış edəcək”.

 

Qeyd edək ki, Həsənova Çempionlar Liqasında mübarizə aparan “Telekom”un heyətində hələlik qitənin də ən yaxşısıdı. Təmsilçimiz Avropanın ən mötəbər klub turnirində 4 oyunun 13 setində 21 dəfə rəqib hücumunun qarşısını alıb. O, bununla da ən yaxşı blokçular siyahısında ikinci olan İsveçrənin “Volero” klubunun üzvü Yekaterina Orlovanı 2 xal qabaqlayır.