
00:00
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”sinə start verilib. Apasport.az saytının məlumatına görə, mötəbər yarışda mübarizə aparan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ilk görüşündə ispaniyalı Fransisko Valeyxo ilə qarşılaşıb.
Qara fiqurlarla oynayan qrossmeysterimiz ilk matçından heç-heçə ilə ayrılıb. Tərəflər 23-cü gedişdə sülhə razılaşıblar.
Qeyd edək ki, 18 şahmatçının çıxış etdiyi turnir 9 tur davam edəcək.