14:27 19-02-2017
news_image
370
TOP OYUNLARI

Milli üzvlərindən biri “Fənərbaxça”ya uduzdu, digəri “Qalatasaray”a qarşı

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XVII tur çərçivəsində milli komandamızın üzvü Yana Kulanın şərəfini qoruduğu “Çanakkale BLD.” öz meydanında “Fənərbaxça” ilə qarşılaşıb.

 

Görüş 2:3 hesabı ilə qonaqların xeyrinə bitib. Kulan bu matçda 8 xal toplayıb.

 

17 oyundan sonra hesabında 28 xal olan “Çanakkale BLD.” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, millimizin digər oyunçusu Kseniya Poznyakın çıxış etdiyi “Beşiktaş” isə sabah derbidə “Qalatasaray”la oynayacaq.