20:38 19-02-2017
news_image

Daha bir cüdomumuz İtaliyada medal qazandı - FOTO

İtaliyanın paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına yekun vurulub. Cüdo Federasiyasından apasport.az saytına verilən xəbərə görə, Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

 

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalına sahib olub.
 

81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 7-ci olub.
 

Yarışın ilk günündə isə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırmışdı.
 

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunurdu.