15:16 20-02-2017
news_image
2635
TOP OYUNLARI

“Fənərbaxça” Bakıdan necə qayıdacaq?

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Bakı klublarında biri evdə, digəri səfərdə meydana çıxacaq.

 

Belə ki, “Telekom” Polşada “Ximik”in qonağı olacaq. Qarşılaşmada meydan sahibləri aşkar favoritdi. Onların “quru hesabla” qalib gəlməsi də istisna deyil. Lakin Zoran Qayiçin komandasının səfərdə asan uduzacağını gözləmək sadəlövhlük olardı. Çünki bakılılar istənilən rəqibə qarşı sonadək “vuruşurlar”. Bu səbəbdən də komandamızın hər top uğrunda döyüşəcəyini proqnozlaşdırmaq olar. Avrokubok şansını ötən turdan itirən və əsas diqqətini Super Liqaya yönəldən “Telekom”un set qazanması belə özləri üçün uğur sayılacaq. Onların əsas hədəfi gənc voleybolçuların təcrübə toplamasıdı.

 

“Telekom”dan fərqli, “Azərreyl” vacib matça çıxacaq. “Dəmiryolçular”ın qonağı Türkiyənin “Fənərbaxça” klubu olacaq. Matçın gərgin keçəcəyi gözləniləndi. Çünki son illər istanbullulardan nəinki xal, set belə ala bilmirik. Amma bu dəfə tilsimi qırsaq, son turun nəticəsindən asılı olmayaraq, komandamız mərhələ adlayacaq. Onların qrupda ikinci olması üçün 2 hissədə qələbə qazanması da kifayət edəcək. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.

 

Düzdü, Famil Ağayevin yetirmələrinin oyunu formal xarakter də daşıya bilər. Çünki qrupun autsayderləri “Dabrova Qornitsa” (Polşa) ilə “Sen-Rafael” (Fransa) bir gün əvvəl qarşılaşacaq. Hələlik təmsilçimizə çatmaq üçün nəzəri şansları olan polşalılar istənilən xal itkisi ilə üzləşsə, bu, “Fənərbaxça”nın ardından “Azərreyl”i də pley-offa daşıyacaq. Əks halda, “dəmiryolçular” türklərlə matçda bir xal qazanmalı, bu da baş verməsə son matçda “Dabrova Qornitsa” ilə oyunu gözləməlidi.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

21 fevral

21:00. “Ximik” (Polşa) – “Telekom” (Azərbaycan)

Hakimlər: Blaz Markelj (Sloveniya), Stefan Bernstrom (İsveçrə)

Şetsin. Azoti Arena

 

1.

Modena (İtaliya)

4

4

0

12-4

384-347

11

2.

Konegliano (İtaliya)

4

2

2

10-8

381-376

7

3.

Ximik (Polşa)

4

2

2

9-8

362-346

6

4.

Telekom (Azərbaycan)

4

0

4

1-12

272-330

0

 

 

C qrupu

23 fevral

18:00. “Azərreyl” (Azərbaycan) – “Fənərbaxça”

Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerothoduros (Yunanıstan)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

 

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0