10:20 21-02-2017
news_image
340
TOP OYUNLARI

Polşa çempionu “Telekom”un “Azəryol”a məğlubiyyətindən danışdı

“İlk matçda rəqibə 3:0 hesabı ilə qalib gəldik. Bu, mövsümdə potensialımızı açdığımız ilk oyun idi. Həmin qarşılaşma səviyyəmizi ortaya qoydu”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Ximik” voleybol klubunun baş məşqçisi Yakub Qluşak deyib.

 

Orlen Liqanın qalibinin çalışdırıcısı Çempionlar Liqasında “Telekom”la oyundan danışıb. O bildirib ki, bu gün V tur çərçivəsində keçiriləcək matçda bakılılara bir set belə uduzmaq niyyətində deyillər: “Bakıdakı görüşdən 1 aydan çox vaxt keçib. Hesab etmirəm ki, bu müddətdə rəqibin heyətində çox şey dəyişib. Onların Çempionlar Liqasında heyəti eynidi. Yalnız meydanın mərkəzində rəqibin eyni mövqedə 3 oyunçusu var. “Telekom”un baş məşqçisi hər qarşılaşmada yetirmələrinə fərqli voleybol oynadır. Onlar daxili çempionatda da ilk məğlubiyyətlərini alıb”.

 

Qeyd edək ki, “Telekom” Super Liqada “Azəryol”a 0:3 hesabı ilə uduzub.