00:05 22-02-2017
news_image
2246
TOP OYUNLARI

Yelizaveta Səmədovadan dubl - STATİSTİKA

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” – “Ximik” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatan görüşün ən dəyərli oyunçusu Yelizaveta Səmədova seçilib.

 

Təmsilçimizin voleybolçusu 20 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu nominasiyasında da hamıdan güclü olub – 19 xal.

 

Ən yaxşı top qəbul edən oyunçu isə rəqibin voleybolçusu Aleksandra Krzos olub. “Ximik”in daha bir voleybolçusu Yohanna Voloş isə ən yaxşı blokçu seçilib – 6 blok.

 

Zoran Qayiçin digər yetirmələrinin statistikasına gəlincə, Marqarita Əzizova 12, Olena Həsənova 8, Yovana Vesoviç 6, Sladyana Mirkoviç 5, Qabriela Koeva və Anastasia Bayduk isə 1 xal toplayıb.