13:59 22-02-2017
news_image
3418
TOP OYUNLARI

Voleybolçu cinsini dəyişdi, aləmi qatdı - VİDEO

Braziliyalı Tiffani Pereyra de Abreu voleybol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 2 il öncə cinsiyyətini dəyişməklə “qadın” olan “sambaçı” yenidən dünyanın diqqət mərkəzinə düşüb.

 

Belə ki, o, bundan sonra qadın voleybolçularla birgə oynayacaq. Abreu artıq bu səbəbdən komandasını da dəyişib. O, Belçika təmsilçisindən ayrılaraq, İtaliyanın A2 seriyasında oynayan “Palmi” klubu ilə anlaşıb.

 

33 yaşlı voleybolçu artıq yeni komandasının heyətində debüt də edib. O, qadın kimi ilk görüşünü “Trentino”ya qarşı keçirib və 28 xal toplamaqla, matçın ən dəyərli oyunçusu seçilib. Qarşılaşmada isə autsayder “Palmi” lider “Trentino”ya xal vermədən qalib gəlib – 3:1.

 

Bu, dünya voleybolunda bir mənalı qarşılanmayıb. Hətta rəqibin baş məşqçisi İvan İosi qeydə alınan nəticədə Tiffaninin rol oynadığını açıqlayıb. O bildirib ki, 2 ay əvvələ qədər kişilərin çempionatında çıxış edən 192 sm boya malik voleybolçu bunun hesabına dağıdıcı təsir yarada bilir.