14:32 22-02-2017
news_image
658
TOP OYUNLARI

Azərbaycan çempionatının təqvimi dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu, fevralın 26-da Xocalı Soyqırımının ildönümü ilə əlaqədardı.

 

Belə ki, çempionatımızda çıxış edən Gürcüstan millisi fevralın 24-27-də paytaxtımızda olacaq. Onlar hər səfərdə olduğu kimi bu dəfə də 4 turda meydana çıxacaqlar. Lakin hər şey qonaqların istədiyi kimi alınmayacaq. Super Liqanın autsayderinin fevralın 26-da oynamaq istəyi təxirə salınıb. Bu səbəbdən də gürcülər 25-də 2 matça çıxacaqlar. Həmçinin bəzi matçların yerləri də dəyişdirilib.

 

Gürcüstan millisinin 4 oyununun təqvimi belədi:

 

24 fevral

17:00. “Azəryol” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi

 

25 fevral

12:00. “Azərreyl” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi

 

17:00. “Telekom” – Gürcüstan

“Gənclik” Olimpiya Kompleksi

 

27 fevral

12:00. “Lokomotiv” – Gürcüstan

“Azərreyl” Voleybol Mərkəzi