17:49 01-04-2008
news_image
523
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov FİDE-nin reytinq siyahısında 4 pillə irəliləyib

Liderin ən yaxın izləyiciləri sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2788), Aleksandr Morozeviç (Rusiya, 2774), Veselin Topalov (Bolqarıstan, 2767), Maqnus Karlsen (Norveç, 2765) və Levon Aronyandır (Ermənistan, 2763). İlk “onluq”da iki həmyerlimiz də yer alıb. Yanvarın 1-də açıqlanan siyahıda 2760 xalla altıncı olan Şəhriyar Məmmədyarov bir pillə geriləyib və hazırda 2752 xalla 7-ci sırada qərarlaşıb. Milli komandamızın lideri Teymur Rəcəbov isə əksinə, dörd pillə irəliləyib. Hesabında 2751 xal olan 20 yaşlı qrossmeysterimiz səkkizinci sıraya yüksəlib. Siyahıdakı sonuncu təmsilçimiz Vüqar Həşimov səkkiz pillə irəliləyib və 2679 xalla 41-ci yeri tutub. Ötən aylarda olduğu kimi, bu dəfə də ən güclü 53 qadın və ən güclü 20 qız şahmatçının siyahısında həmyerlilərimiz yer almayıblar. M.Karlsenin başçılıq etdiyi gənc oğlanların sıralamasında isə Rauf Məmmədov yer alıb. Üç pillə irəliləyən qrossmeysterimiz 2617 xalla səkkizincidir. Milli komandamızın mövqeyində isə dəyişiklik qeydə alınmayıb. Hesabında 2609 xal olan yığmamız 10-cu yerdə qərarlaşıb. Komandaların reytinq cədvəlinə yenə 2721 xalla Rusiya başçılıq edir.